Bu rəqəmlər vaxtında müraciət edən müştərilərin sayəsində artmaqda davam edir. Hüquqlarınızın müdafiəsi üçün vaxtında müraciət edin.
8+
Təcrübə80+
Xidmət500+
Uğurlu iş12+
ƏməkdaşYerli bazar iştirakçılarına faydalı olmaq, sahibkarlığın inkişafına töhfə vermək, həmçinin onların hüquqlarını beynəlxalq mühitdə təmsil etmək üçün var gücümüzlə çalışırıq.
Sizləri 30-dan çox xidmətimizlə müdafiə etməyə hazırıq.
Hüquq sahəsi və şirkətimizdə baş verən yenilikləri buradan izləyin.
Rightwellton, E-hüquq.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ödəniləcək rüsumlar artırılması haqqında icra qanunvericiliyinə dəyişiklikləri ilk oxunuşda qəbul edib.
Qanuna təklif edilən digər bir dəyişikliyə görə isə qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən 100 manat, borclu hüquqi şəxsdən isə 500 manat manat miqdarında icra ödənişi alınacaq. Qüvvədə olan qanuna görə bu məbləğ müvafiq olaraq 11 manat və 55 manat idi.
Daha bir dəyişikliklə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmurunun borcludan tutmalı olduğu pul məbləğinin miqdarı artırılır. Belə ki, bu halda alınmalı olan icra ödənişinin məbləği 7 faizdən 10 faizə qaldırılır.
📸 “Reklam Qanunu” üzrə maarifləndirici təlim uğurla baş tutdu!
🎙️ 31 may tarixində “Fairmont” otelində baş tutan ödənişsiz təlimdə ölkənin aparıcı influenserləri, bloggerləri və rəqəmsal kontent sahibləri ilə birlikdə “Reklam haqqında” qanundakı yeni dəyişiklikləri müzakirə etdik.
✅ Təlim iştirakçıları real nümunələr və praktiki hüquqi yanaşmalarla tanış oldu, suallarına ətraflı cavablar aldı.
Bu, yalnız başlanğıcdır. Hüquqi maarifləndirmə sahəsində növbəti təşəbbüslərimiz üçün bizi izləməyə davam edin! 📲
Azərbaycanda benefisiar mülkiyyətçi məlumatlarının təqdim edilməsi barədə Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunvericilik aktlarında ard-arda dəyişikliklər edilmişdir.
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərlə "Benefisiar mülkiyyətçi" və "nəzarət və (və ya) mülkiyyət zənciri" anlayışları qanunvericiliyə daxil edilmişdir:
Bundan belə hər bir hüquqi şəxs (həm hazırda dövlət qeydiyyatından keçmiş, həm də bundan sonra dövlət qeydiyyatından keçəçək bütün hüquqi şəxslər) benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə dəqiq və yenilənmiş məlumatları bilməli və təsdiqedici sənədlərə (o cümlədən elektron sənədlərə) malik olmalı, qanunla nəzərdə tutulmuş hallarda və qaydada səlahiyyətli dövlət orqanlarına təqdim etməlidir.
Əlavə olaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna benefisiar mülkiyyətçilər barədə tələb olunan bütün məlumatların siyahısı müəyyən edilmiş, habelə benefisiar mülkiyyətçinin müəyyən edilməsi qaydalarını ehtiva edən yeni 5-1-ci maddə daxil edilmişdir.
Vergi Məcəlləsində, “Kommersiya sirri haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda edilmiş düzəlişlərlə benefisiar mülkiyyətçi barədə məlumatlar kommersiya sirri və vergi sirri təşkil edən məlumatlar hesab edilmiş, reyestrdə əks etdirilsə belə, ictimaiyyətə açıq olmayan məlumatlar kateqoriyasına daxil edilmişdir.
Bundan ziyadə “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, ““Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişikliklərlə benefisiar mülkiyyətçi barədə məlumatların təqdim edilməsi maliyyə bazarları subyektlərinə lisenziya alınması zamanı bir növ pre-rekvizit kimi müəyyən edilmişdir.
Qanunvericiliyə edilmiş dəyişikliklər tələb edir ki, 15 May 2025-ci il tarixədək dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər öz benefisiar mülkiyyətçilərinin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçilərinin müəyyən edilməsi və bu barədə məlumat və sənədlərin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə təqdim edilməsini aşağıdakı vaxt intervalında təmin etsin:
► iri sahibkarlıq subyektləri üçün 31 dekabr 2025-ci il tarixinədək;
► orta sahibkarlıq subyektləri üçün 30 iyun 2026-cı il tarixinədək;
► kiçik sahibkarlıq subyektləri üçün 31 dekabr 2026-cı il tarixinədək;
► mikro sahibkarlıq subyektləri üçün 31 dekabr 2027-ci il tarixinədək;
► qeyri-hökumət təşkilatları və dini qurumlar üçün 30 iyun 2026-cı il tarixinədək.