Rightwellton xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti 12 mart 2025-ci il tarixində “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Yeni Dövlət Proqramı hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi hava gəmisinin, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt daşımalarının hərəkətinin asanlaşdırılması, gecikmələrin qarşısının alınması, hava əlaqələrinin sürətləndirilməsi məqsədilə prosedurların sadələşdirilməsi üzrə kompleks tədbirləri nəzərdə tutur.
Dövlət Proqramının önəmini anlamaq üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasında hazırda beynəlxalq hava limanı statusuna malik aşağıdakı 8 mülki hava limanı fəaliyyət göstərir ki, bu hava limanlarından dünyanın 37 ölkəsinin 107 hava limanına uçuşlar təşkil edilir. Bu baxımdan rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı Azərbaycan Respublikası milli qanunvericiliyinin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün əvəzsiz hüquqi alətdir.