A. Hüquqi Şəxslərin Qeydiyyatı və Təşkili
I. Hüquqi şəxslərin təsis edilməsi: Qeyri-kommersiya subyektlərindən iri holdinqlərə qədər hər növ hüquqi şəxsin qeydiyyatı.
II. Filial və nümayəndəliklərin yaradılması: Yerli və xarici hüquqi şəxslərin filiallarının qeydiyyatı və hüquqi dəstəklənməsi.
III. Fəaliyyət icazələrinin alınması: Biznes fəaliyyəti göstərmək üçün lisenziya və icazələrin, habelə rezidentlik statusunun, investisiya təşviqi sənədinin habelə start-up şəhadətnamələrinin alınması
IV. Əsasnamələrin hazırlanması və tənzimlənməsi: Şirkət nizamnaməsi, idarəetmə strukturu və daxili qaydaların tərtibi və optimallaşdırılması.
V. Qanunvericiliyə uyğunluğun təmin edilməsi: Şirkətlərin hüquqi strukturlarının yerli və beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması.
B. Müqavilələrin Tərtibi və İcrasının Monitorinqi
I. Müqavilə hazırlanması: Kommersiya, xidmət, tədarük, subpodrat, françayzinq, distribütor və digər növ müqavilələrin hazırlanması.
II. Müqavilə təhlili və risklərin qiymətləndirilməsi: Mövcud müqavilələrin hüquqi baxımdan qiymətləndirilməsi və potensial risklərin aşkarlanması.
III. Danışıqların aparılması: Müqavilələrin icrası zamanı tərəflərlə peşəkar danışıqların keçirilməsi.
IV. Müqavilə menecmenti: Müqavilələrin idarə edilməsi və icrasının monitorinqi.
C. Korporativ İdarəetmə və Uyğunluq
I. Direktorlar şurasına hüquqi məsləhət: Strateji qərarların hüquqi əsaslandırılması və icrasına dəstək.
II. Daxili audit və uyğunluq siyasəti: Şirkət daxilində hüquqi auditlərin aparılması və uyğunluq mexanizmlərinin tətbiqi.
III. Etika və korporativ davranış kodekslərinin hazırlanması.
IV. Uyğunluq təlimləri: İşçi heyət üçün anti-korrupsiya, məlumat təhlükəsizliyi və etik qaydalar üzrə təlimlərin təşkili.
D. Korporativ Yenidənqurma və Restrukturizasiya
I. Birgə müəssisələrin yaradılması: Beynəlxalq və yerli tərəfdaşlarla birgə müəssisələrin yaradılması və tənzimlənməsi.
II. Korporativ bölünmə və birləşmələr: Aktivlərin və öhdəliklərin bölüşdürülməsi, birləşmə əməliyyatlarının planlaşdırılması.
III. Restrukturizasiya layihələri: Şirkətlərin idarəetmə strukturunun yenidən qurulması və optimallaşdırılması.
Əlavə Xidmətlər
I. Hüquqi məsləhətlərin davamlılığı üçün abunə paketləri
II. Korporativ sosial məsuliyyət (CSR) layihələri üzrə hüquqi dəstək
I. M&A əməliyyatlarının hüquqi tədqiqi (due diligence): Şirkətlərin hüquqi vəziyyətinin hərtərəfli təhlili II. Birləşmə və satınalma müqavilələrinin hazırlanması: Əsas müqavilə şərtlərinin müəyyən edilməsi və icrası. III. Anti-monopoliya və rəqabət qanunvericiliyinə uyğunluq: Əməliyyatların yerli və beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi. IV. Post-M&A inteqrasiya: Şirkətlərin birləşmə sonrası idarəetmə sisteminin qurulması.
I. Beynəlxalq ticarət müqavilələrinin tərtibi: İxrac-idxal əməliyyatları ilə bağlı gömrük, vergi və s. hüquqi dəstək. III. Xarici sərmayədarların hüquqi dəstəklənməsi: Azərbaycan qanunvericiliyinə uyğun investisiya layihələrinin icrası. III. Beynəlxalq mübahisələrin həlli: Ticarət və kommersiya mübahisələrinin beynəlxalq səviyyədə həlli üçün hüquqi dəstək.
I. Məhkəmədənkənar həll yolları: Mediasiya, arbitraj və danışıqlar vasitəsilə mübahisələrin həlli. II. Məhkəmə mübahisələrində təmsilçilik: Kommersiya məhkəmələrində və arbitraj məhkəmələrində hüquqi müdafiə. III. Borcların bərpası: Debitor borcların bərpası üzrə hüquqi həllər.
I. Startapların hüquqi strukturunun işlənib hazırlanması: Məsələn, fərdi sahibkar kimi fəaliyyət göstərmək, yoxsa MMC yaradaq? İştirakçıların paylarını necə bölək və ya tərəflərin vəzifələrini necə düzgün müəyyənləşdirək? Kimi suallarınıza cavablar II. Məlumatların məxfiliyi sahəsində, veb saytlar və proqramlarla fəaliyyət göstərən Startap şirkətlər üçün bizneslərinin “Fərdi məlumatlar haqqında” AR Qanunu və əlaqədar hüquqi aktlara, habelə GDPR, CCPA, LGPD kimi beynəlxalq standartlara uyğunluğu təmin etmək III. Hər bir müştərinin ehtiyaclarına uyğun xüsusi TOS, Məxfilik Siyasəti, Kukilər Siyasəti və bu qəbildən digər hüquqi sənədlərin hazırlanması IV. Vençur kapital və investisiya müqavilələri: İnvestorlarla bağlanan müqavilələrin tərtibi və icrasına nəzarət. V. Brendin və ideyanın mühafizəsi: Startap layihələrinin əqli mülkiyyət hüquqlarının qorunması.