Azərbaycanda yerli bazar iştirakçılarına 36-dan çox hüquqi xidmətlər təklif edən Rightwellton şirkəti yenilənmiş saytını təqdim etdi.
Şirkətin direktoru Fərid Həsənovun sözlərinə görə yenilənmiş sayt həm fiziki şəxslərə, həm də şirkətlərə yönəlik formada hazırlanmışdır.
“Əvvəlki ilə müqayisədə yeni istifadəyə verilmiş veb sayt şirkətin cari fəaliyyətini və fəlsəfəsini daha çox özündə əks etdirir. Saytımızı yeniləməkdə əsas məqsəd yerli bazarda fəaliyyət göstərən şirkətlərə xidmətlərimizi sadələşdirilmiş formada təqdim etməkdir. Azərbaycanda hüquq sahəsi üzrə xidmət göstərən şirkətlərin saytlarında kontent qəliz dildədir. Bu da öz növbəsində xidmətlərdən faydalanmaq istəyən şirkət və sadə vətəndaşlar üçün bir çox çətinliklər yaradır. Bu qopuqluğu aradan qaldırmaq və şirkətlərə təqdim etdiyimiz xidmətləri anlaşılan dildə təqdim etmək üçün həm məlumatları, həm də saytın interfeysini yeniləmək qərarına gəldik. İstəyimiz hər bir kəsin kənardan dəstək almadan saytımıza daxil olaraq sadə dildə izah olunmuş xidmətlərlə tanış olub, ona lazım olan xidmətlə bağlı sorğu göndərməsini təmin etməkdir. Biz bu yolda peşəkarlarla addımlayırıq. Sayt bu işin birinci mərhələsi idi. Növbəti mərhələ saytın daha zəngin kontentlə təmin olunması və yeni xidmətlər üzərində çalışmaq olacaqdır.”
Qeyd edək ki, şirkət bu yaxınlarda yeni korporativ dəst-xəttini də istifadəyə vermişdir. Hal-hazırda şirkət daha geniş marketinq addımları atmaq üçün bir neçə marketinq şirkətləri ilə danışıqlarını davam etdirir.