Bu rəqəmlər vaxtında müraciət edən müştərilərin sayəsində artmaqda davam edir. Hüquqlarınızın müdafiəsi üçün vaxtında müraciət edin.
8+
Təcrübə80+
Xidmət500+
Uğurlu iş12+
ƏməkdaşYerli bazar iştirakçılarına faydalı olmaq, sahibkarlığın inkişafına töhfə vermək, həmçinin onların hüquqlarını beynəlxalq mühitdə təmsil etmək üçün var gücümüzlə çalışırıq.
Sizləri 30-dan çox xidmətimizlə müdafiə etməyə hazırıq.
Hüquq sahəsi və şirkətimizdə baş verən yenilikləri buradan izləyin.
Rightwellton Hüquq Şirkəti ilə Dubay mərkəzli Caspian Accounting & Bookkeeping şirkəti arasında strateji əməkdaşlıq müqaviləsi imzalanıb.
Rightwellton şirkətinin direktoru cənab Fərid Həsənovun sözlərinə görə, bu əməkdaşlıq Birləşmiş Ərəb Əmirliklərində uğurlu biznes qurmaq və ya genişləndimək istəyən yerli sahibkarlarımızın rahatlığını düşünüb atdığımız bir addımdır. Belə ki yerli sahibkarlar və investorlar ölkəmizi tərk etmədən daha az xərc hesabına Dubay, Əbu-Dabi və BƏƏ-in digər iri şəhərlərindəki biznesləri üçün keyfiyyətli hüquq, vergi, mühasibatlıq və audit xidmətlərindən faydalana, habelə şirkətlərinin maliyyə vəziyyətinə tam şəffaf nəzarət edə biləcək.
Qeyd edək ki, Rightwellton şirkəti tez-tez premium seqment müştərilərə özəl xidmətləri ilə gündəmə gəlsə də, komissiyasız və faizsiz taksitli ödənişi dəstəkləməklə büdcə dostu şirkət hesab edilir.
Müraciət üçün:
📞*2800
📞+994505004446
📧 info@rightwellton.az
🌐 https://www.rightwellton.az/
📍Çinar Park Biznes Mərkəzi, 2-ci bina, 2-ci mərtəbə
Rightwellton xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti 07 aprel 2025-ci il tarixində "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nı 107 və 108-ci bəndlər əlavə edilərək genişləndirilməsini ehtiva edən Fərman imzalayıb.
Nəzərinizə çatdırırıq ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan və proqramlaşdırılmayan kontrollerinin idxalı əlavə dəyər vergisindən azad edilmişdir. Bu və bu kimi addımlar yaşıl enerjiyə keçidi mümkün qılan texnoloji avadanlıqların ehtiyat hissələrinə maddi əlçatanlığı təmin etmək niyyəti güdür.
Rightwellton xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydalarının, o cümlədən “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin formasının təsdiq edilməsi haqqında" Qərar qəbul edib.
Müvafiq qərar "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa 29 dekabr 2024-cü il tarixində edilmiş mühüm dəyişikliklərin dövlət qurumlarının praktikasında tətbiqini mümkün qıldı. Belə ki, bundan sonra dövlət rüsumlarının ödənişi və uçotu Maliyyə Nazirliyinin “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi” vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq "e-bildiriş" üzərindən həyata keçiriləcək. "e-bildiriş" sistemi dövlət rüsumu üzrə hesablamaların real vaxt rejimində aidiyyəti orqan tərəfindən əldə edilməsini, habelə artıq ödənilmiş və ya düzgün tutulmamış rüsumlarla bağlı müraciətlərin sistem üzərindən qəbul olunmasını təmin edəcək.